Müasir memarlıq illər ərzində qazanılmış böyük təcrübə və biliklər toplusunu özündə təcəssüm etdirir. Bir neçə onillik bundan əvvələ qədər memarlıq sadəcə müəyyən standartların təmsil olunmasında rol oynayırdı. Hazırda isə bu sahə yaradıcı fikirlər, ən müasir materiallar və onların birgə istifadəsi ilə bağlı çoxsaylı qanunauyğunluqlarla zəngindir. INDESIGN memarları hər bir layihəyə individual şəkildə yanaşır. Biz ən qabaqcıl proqram təminatı və fərqli yanaşmalarla yüksək keyfiyyətə malik ev və iş yerləri yaradırıq. Biz memarlığın insan həyatındakı tarixi rolunu birdəfəlik dəyişərək, indiyədək qüvvədə olmuş bütün stereotipləri dağıdır və memarlığa olan yeni yanaşmamızla insanların həyat səviyyələrini yüksəldirik
Tikilinin ümumi memarlıq ansamblı ilə vəhdət təşkil edən interyer dizaynı binanın memarlıq üslubunu tamamlaması baxımından çox əhəmiyyətlidir. Müasir memarlıqda interyer dizaynın qarşısında duran əsas vəzifə eyni zamanda həm praktiki, həm də estetik həll yolları tətbiq etməklə yaradılmış ümumi bədii tərtibatın binanın abu-havası ilə harmoniyada olmasını təmin etməkdən ibarətdir. Layihələrin hazırlanması zamanı vahid memarlıq dəsti-xəttinin nümayiş etdirilməsi və layihəyə hərtərəfli yanaşmanı təmin etmək məqsədilə dizayner və memarlarımız daim öz səylərini birləşdirirlər.
Tikilinin ümumi memarlıq ansamblı ilə vəhdət təşkil edən interyer dizaynı binanın memarlıq üslubunu tamamlaması baxımından çox əhəmiyyətlidir. Müasir memarlıqda interyer dizaynın qarşısında duran əsas vəzifə eyni zamanda həm praktiki, həm də estetik həll yolları tətbiq etməklə yaradılmış ümumi bədii tərtibatın binanın abu-havası ilə harmoniyada olmasını təmin etməkdən ibarətdir. Layihələrin hazırlanması zamanı vahid memarlıq dəsti-xəttinin nümayiş etdirilməsi və layihəyə hərtərəfli yanaşmanı təmin etmək məqsədilə dizayner və memarlarımız daim öz səylərini birləşdirirlər.
INDESIGN 2017 -ci ildə mebel istehsalı və satışına başlayıb. Müxtəlif növ vanna otağı şkafları, şkaf-kupe, tv şkafları, uşaq otağı, mətbəx, ofis və s. mebellərin satışı ilə məşğul olur. Yerli istehsal sizin seçdiyiniz modelin ölçülərində dəyişiklik etməyə və ya sizin istəklərinizə uyğun bir modelin hazırlanmasına imkan yaradır.
Siz kütləvi istehsal edilmiş məhsul deyil, şəxsi sifarişiniz əsasında təkrarı olmayan bir model əldə etmiş olursunuz. INDESIGN Mebel sifarişçilərinə bu cür fərqlilik imkanı yaradır.
Asiya və Avropa istehsalçıları ilə əməkdaşlıq əsasında, Azərbaycan tekstil bazarında göstərdiyimiz keyfiyyətli işə görə layiqli yer tutmuşuq.
10 mindən çox tekstil, aksessuar və karniz nümunələri ilə peşəkar tikiş işçi qurupumuz qarşısına qoymuş hədəfləri yüksək keyfiyyətlə öz sifarişçilərinə xidmət etməkdədir.
İzolyasiya materialları təhlükəsizlik və qənaət deməkdir.
Dünya lideri olan bir çox şirkətlərlə məkdaşlığımız sizə
etibarlı xidmət təklif edir.
İçməli su depolarının izolasiyasi (Krasqa,sement esaslı tam elastik,PVC membranla)
Dam izolasiyası (termo,sudan,paraizolasiya)
Təməl və Təməl pərdə izolasiyaları
Fasad izolasiyası
Altdan qaynayan yeraltı sulara qarşı izolasiya
Süni göllərin yaradılması
Yer örtükləri (Epox,Poliureya,Poliuretan,Yonma mərmər)
Terrasların, Bina həyətlərinin, Tempratur Şovlarının izolasiyası
Qazanxana və Motorxanaların qurulması
Üzmə hovuzlarının dekorativ membranla işlənilməsi
INDESIGN şirkəti
biznes üçün mürəkkəb işıq modullarından adi lampalara qədər işıqlandırma həllərini
təklif edir. Komandamız konsepsiyanı yaradır və ideyaları hazırlayır, sistemi
layihələndirir, işıqlandırma avadanlığının çatdırılmasını həyata keçirir,
elektrik quraşdırma və işə salma,sazlama işlərinin tam kompleksini yerinə
yetirir, işçiləri təlimatlandırır və xidmətə nəzarət edir.
İşlərimiz arxitektur həllərə diqqət çəkməli və eksklyuzivliyi qeyd etməlidir.
Yaradılan effekt xarakteri göstərməli və evin və ya küçənin xarici görünüşünə təsir
etməlidir, beləliklə də, kompleksin cəlbediciliyini artırmalıdır. Peşəkar
işıqlandırma təkcə tələb olunan aydınlıq səviyyəsini təmin etmir. O, tələb
olunan əhval ruhiyəni yaratmaq imkanını verir, eləcə də, işıq dizaynerləri tərəfindən
hazırlanmış kompozisiya və konsepsiyaları dəstəkləyir. İşıqlandırma çox böyük əhəmiyyətə
malikdir. Bu zaman mühüm amillər qismində rənglərin mükəmməl ötürülməsi, sabit
rəng temperaturları və rənglərin maksimal dəqiq təqdim olunması çıxış edir. Bu
işdə INDESIGN şirkəti sizin ən yaxın köməkçiniz olacaq.