Haqqımızda

INDESIGN


INDESIGN — bir çox sahəni özündə birləşdirən, inkişafın yeni tərzini yaradan, peşakar komanda deməkdir.  2017- ci ilin noyabrında qurulmuş şirkətimiz daim yüksək keyfiyyətə, həll yolların qüsursuzluğuna çalışmaqla öz sektrounda tanınmağa başlamışdır.  Bu uğurlu işlərimizin nəticəsidir ki,  əməkdaşlıqlarımız hər gün daha da artmaqdadır. Ölkə və xarici şirkətlərlə iş birliyi sayəsində geniş layihələrə imza atmış “ INDESIGN “ öz hədəflərinə doğru sürətlə addımlayır. Şirkətimiz müasir texnalogiya və peşəkar komanda ilə daim yeniliklərə doğru irəliləyir. Öz işini yüksək performansla yerinə yetirən şirkətimiz memarlıq və interyer sahəsində yüksək pillələrə çatmışdır. Xidmət sahəmizin genişliyi və etibarlı əməkdaşlığın sonunda, effektiv həll yolu dayanır. Evinizin və ofisinizin rahat və zövqlü olması üçün  Amerika,  Avropa və yerli şirkətlər ilə iş birliyi qurmaqdayıq. “ INDESIGN ” olaraq sizə memarlıq və planlaşdırma, ərazinin landşaft həlli, tikinti materialları, daxili aksessuarlar, ev və ofisiniz üçün mebellər, pərdə və karniz, işıqlandırma və bir çox seçimlər təklif edir. Dünyada hər an dəyişməkdə olan dizayn modasını təqib edərək və fərqli nümunələri araşdıraraq onlara yeni baxış bucaqları təqdim edirik. Göz oxşayan və dəbdəbəni özündə cəmləşdirən “ INDESIGN ” hər zaman öz müştərilərini təəccübləndirməyə və məmnun etməyə nail olmuşdur.